Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 11:34
Bakı. Trend:
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və dövlət sərhədinin pozulması hallarına qarşı mübarizə istiqamətində əməliyyat-qoşun tədbirləri davam edir.
Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Ağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan 1 nəfər şəxs saxlanılıb, sərhəd pozucusunun Biləsuvar rayonu Zəhmətabad kənd sakini Dadaşlı Pərvin Ziyafət oğlu olması məlum olunub. İlkin araşdırma zamanı onun 20 dekabr tarixində dövlət sərhədini Azərbaycan-İran istiqamətində pozması müəyyən edilib.
Dakabrın 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Xaçmaz rayonunun Zeyxuroba kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozan 1 nəfər şəxs saxlanılıb, sərhəd pozucusunun Pakistan vətəndaşı 1991-ci il təvəllüdlü Əli Yasif Pakistani olması müəyyən edilib.
Dekabrın 27-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Balakən rayonunun Mazımçay kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozan 1 nəfər şəxs saxlanılıb, sərhəd pozucusunun Əlcəzair vətəndaşı 1986-cı il təvəllüdlü Muhəmməd Şərif olması müəyyən edilib.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!