Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il Azərbaycanda 2 milyona yaxın ağac əkilib

Bu il Azərbaycanda 2 milyona yaxın ağac əkilib

Tarix: 30 Dekabr 2019 12:46

Bakı. İlhamə İsabalayeva - Trend:

2019-cu ilin yaz və payız ağacəkmə mövsümlərində ölkənin meşə və qeyri-meşə sahələrində ümumilikdə 1 milyon 764 min 356 ağac əkilib.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, rayon icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə əkilib.

F.Əliyev əlavə edib ki, 2019-cu ilin yaz və payız ağacəkmə mövsümlərində ayrı-ayrı vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara və digər təşkilatlara ümumilikdə 1 322 649 müxtəlif cinsli ağac tingi paylanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  Azərbaycanda milyona yaxın ağac əkilib


RƏYLƏR