Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 19:16
Dekabrın 29-da Masallı rayonunun Çaxırlı kəndinin meşə zolağından Təkdam kənd sakini, əvvəllər məhkum olunmuş S.Qədiyevin qarın nahiyəsinin qırma yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-dən Sonxeber.net-a verilən xəbərə görə, araşdırmalarla onun tüfəngdən açdığı atəşlə özünə xəsarət yetirməsi müəyyən edilib.
Hadisə yerinə baxış zamanı müvafiq sənədləri olmayan nömrəsi silinmiş tüfəng aşkar edilərək götürülüb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.