Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ombudsmanın Şəki Regional Mərkəzi “Gənclik gələcəyimizdir” mövzusunda tədbir keçirib

Ombudsmanın Şəki Regional Mərkəzi “Gənclik gələcəyimizdir” mövzusunda tədbir keçirib

Tarix: 30 Dekabr 2019 21:18

Bakı. Trend:

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki Regional Mərkəzi tərəfindən Mingəçevir Turizm Kollecində “Gənclik gələcəyimizdir” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib.

Ombudsman Aparatından Trend-ə bildirilib ki, Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov iştirakçıları Müvəkkil Səbinə Əliyevanın adından salamlayıb və qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib. Bildirilib ki, həmrəylik və birliyimizin əbədi olması, dünya azərbaycanlılarının vətəni olan müstəqil Azərbaycan Respublikasının qüdrətinin daha da artması üçün cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin üzərinə böyük məsuliyyət düşür. Qeyd olunub ki, ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Gənclərin sağlam ruhda, milli-mənəvi dəyərlər əsasında tərbiyəsi və əsl vətəndaş kimi formalaşmasının strateji prioritetlərə və milli məqsədlərə xidmət etdiyi bildirilib.

Tədbirdə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları, həmçinin bu istiqamətdə qəbul edilmiş dövlət proqramlarının, o cümlədən “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının məqsəd və vəzifələri, habelə Ombudsmanın bu sahədə fəaliyyəti barədə məlumat verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  Ombudsmanın Şəki Regional Mərkəzi Gənclik gələcəyimizdir mövzusunda tədbir keçirib


RƏYLƏR