Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mobil telefonları gizli şəkildə ölkəyə keçirmək istədi, tutuldu

Mobil telefonları gizli şəkildə ölkəyə keçirmək istədi, tutuldu

Tarix: 30 Dekabr 2019 22:36

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonları Azərbaycan Respublikasının gömrük sərhədindən gizlətməklə və bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Yaşıl kanal" buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçərkən saxlanılıb. Yoxlama zamanı sərnişindən gömrük nəzarətinə bəyan olunmayan və gizlədilən,hər biri şəffaf sellofana bükülü 7 ədəd "İphone 11 Pro" və 2 ədəd "İphone XS" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Mobil telefonları gizli şəkildə ölkəyə keçirmək istədi tutuldu


RƏYLƏR