Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 05:44
Bakı. Trend:
Kanadanın Kvebek və Ontario vilayətlərində dolu və qar yağmaları nəticəsində 200-ə yaxın aviareys təxirə salınıb.
Trend-in məlumatına görə, əsas problemlər Ottava və Toronto (hər ikisi Ontario vilayətində yerləşir) və Monreal (Kvebek vilayəti) şəhərlərinin hava ləmanlarında yaşanır. Xüsusi ilə, Monrealın beynəlxalq hava limanında 100-dən artıq aviareys təxirə salınıb.
Milli Hava Bürosunun məlumatına görə, Kvebekdə dekabrın 31-i axşamadək 15-20 sm qar yağa bilər ki, bu da aylıq yağıntının demək olar ki, yarısıdır. Ontarioda bəzi yerlərdə 20-30 mm yağıntının buzlu yağış şəklində düşəcəyi istisna edilmir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!