Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 09:10
Londonun "Arsenal" klubu İngiltərə futbol çempionatının 21-ci turunun oyununda "Mançester Yunayted"i 2:0 hesabı ilə məğlub edib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, qolları Nikolya Pepe (8-ci dəqiqə) və Sokrates Papastatopulos (42-ci dəqiqə) vurublar.
"Arsenal" komandasına Mikel Arteta rəhbərlik etdikdən sonra ilk dəfə qələbə qazanıb.
London klubu 27 xalla turnir cədvəlində 10-cu yeri tutur. "Mançester Yunayted" 31 xalla beşinci pillədə qərarlaşıb.