Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Digər təkliflərdən danışmağın mənası yoxdur'' - Prosineçki

''Digər təkliflərdən danışmağın mənası yoxdur'' -  Prosineçki

Tarix: 2 Yanvar 2020 10:34

"Vəziyyət ideal deyil, sonuncuyuq. Bura "Kayserispor"u liqada saxlamaq üçün gəlmişəm”.

Qol.az xəbər verir ki, bu sözləri “Kayserispor”un yeni baş məşqçisi Robert Prosineçki Türkiyə klubuna təyinatı haqda danışarkən deyib.

Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində Superliqanın sonuncu pilləsində olan Kayseri təmsilçisi ilə yaya qədər işləmək üçün razılığa gəldiyini bildirib: “Daha sonra nələr olacağını görəcəyik. Bu, özümüzü vəziyyətdən necə qurtaracağımızla bağlıdır".

Azərbaycan millisinə qayıdacağı deyilən 50 yaşlı çalışdırıcı digər təklifləri haqda danışmaq istəmədiyini qeyd edib: "İnid digər təkliflərdən danışmağın indi mənası yoxdur. Çünki "Kayserispor"u seçmişəm. Bundan sonra komandanı Superliqada saxlamağı düşünəcəyik. Komanda əvvəlki illərlə müqayisədə  liderlik səviyyəsindən uzaqdır. İndi heyət daha zəifdir, amma dəyişiklik edilməsi üçün danışımışıq. Dərhal hərkətə keçməli, bizi gücləndirəcək və çempionatda saxlayacaq oyunçuları almağa çalışmalıyıq".

Xatırladaq ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb. O, 2012-2013-cü illərdə isə "Kayserispor"un baş məşqçisi olub.
 


Etiketlər:  Digər təkliflərdən danışmağın mənası yoxdur Prosineçki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ