Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aydın Mirzəzadə: ''Azərbaycanda “Könüllülər ili” elan edilməsi gənclərin sosial məsuliyyət hissini gücləndirəcək''

Aydın Mirzəzadə: ''Azərbaycanda “Könüllülər ili” elan edilməsi gənclərin sosial məsuliyyət hissini gücləndirəcək''

Tarix: 2 Yanvar 2020 14:48

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyətdir növüdür. Bu fəaliyyət cəmiyyətin müxtəlif sahələrində ola bilər. Mühüm dövlət tədbirlərinin və idman yarışlarının keçirilməsində könüllülük əsasında iştirakla yanaşı könüllülük əlillərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, qaçqın və məcburi köçkünlərə kömək edilməsni, uşaqlar və gənclərlə işlərin aparılmasını, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın saxlanması və sairə sahələri də əhatə edə bilər. Bu gün dünyada cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən milyonlarla insan vardır.

 

Sonxeber.net bildirir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputatın sözlərinə görə, könüllülük hərəkatında iştirak insanlara, xüsusən də gənclərə insanlarla iş təcrübəsi qazanmaq, özünü sınaqdan keçirmək, ilk iş təcrübəsinə malik olmağa imkan verir: "Cənab Prezidentin sərəncamında vurğulandığı kimi "könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir". Müasir Azərbaycanda könüllülük sahəsində ilk addımlar ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Belə ki, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı. Həmin proqram əsas götürülərək 1998-2000-ci illərdən başlayaraq ölkədə könüllülük prinsiplərinin geniş təbliğinə başlanıldı. 2009-cu ildə Milli Məclisin "Könüllü fəaliyyət haqqında" Qanun qəbulu Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsinə güclü təkan verdi. Ancaq 2013-cü il qədər könüllülük ölkədə kiçik komandalarla fəaliyyət göstərirdi. Ancaq həmin il Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradıldı. Bu hərəkat minlərlə gəncin ilkin iş təcrübəsi toplamasına, öz peşəsinin incəliklərini öyrənməsinə, ən əsası isə özünü tanımağa geniş imkan verdi".

A.Mirzəzadə vurğulayıb ki, son illərdə Azərbaycanın ev sahibliyi etdiyi Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, "Formula 1" yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü əvəzsiz rol oynayıblar: "Azərbaycanda dövlətin ciddi dəstəyi və cəmiyyətin sosial sifarişi nəticəsində ASAN, "Regional İnkişaf" İctimai Birliyi, "Bir" Tələbə könüllülüləri, Aqrar İnkişaf könüllüləri və digər könüllü hərəkatları yaranmış, onlar gəncliyin inam mərkəzlərinə çevirlə bilmişlər. Bu il 5 dekabr Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə Könüllülük Həftəsi keçirilmiş və ölkəmizdə könüllülük hərəkatının gücü və perspektivləri nümayiş etdirilmişdir. Prezident cənab İlham Əliyevin 2020-ci ilin Azərbaycanda "Könüllülər ili" elan edilməsi barədə sərəncamı gənclərin müstəqil dövlətimiz üçün sosial məsuliyyət hissini güclənməsinə, gəncliyin öz potensialına inamının artmasına səbəb olacaqdır".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycanda "Könüllülər ili" elan edilib.

Sonxeber.net 


Etiketlər:  Aydın Mirzəzadə Azərbaycanda Könüllülər elan edilməsi gənclərin sosial məsuliyyət hissini gücləndirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ