Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 10:06
Ötən il dekabrın 28-də Mərkəzi Klinik Xəstəxanaya köçürülən kamança ifaçısı, Xalq artisti Fəxrəddin Dadaşovun səhhətində irəliləyiş var.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə Əməkdar artist Babək Niftəliyev sosial şəbəkədə məlumat verib.
Xəstəxanadan Fəxrəddin Dadaşovla fotosunu yayımlayan ifaçı "Allah şəfa versin. Şükürlər olsun ki, yaxşıdır. Narahat olmayın, dostlar" qeydini yazıb.
Qeyd edək ki, F.Dadaşov beyin-qan dövranının kəskin pozulması, şəkərli diabet diaqnozu ilə reanimasiyaya yerləşdirilmişdi.