Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həlak olan oğluna verdiyi sözu tutdu – Komandasını çempion etdi

Həlak olan oğluna verdiyi sözu tutdu – Komandasını çempion etdi

Tarix: 3 Yanvar 2020 10:52

Bu günlərdə başa çatan Meksika çempionatında həssas anlar yaşanıb.

Qol.az xəbər verir ki, hadisə “Monterey”in “pley off”un finalında “Amerika”ya penatilər seriyasında 4:2 hesabı ilə qalib gəldiyi oyun yekunlaşanda baş verib. “Monterey” bu qələbə sayəsində 2010-cu ildən sonra ilk dəfə çempion olub. Futbolçular meydana girib qələbəni bayram etdiyi anda komandanın baş məşqçisi Antonio Mohamed texniki zonada əyləşərək hönkür-hönkür ağlamağa və dua etməyə başlayıb (həmin anlar bu videoda).

Bunun səbəbləri haqda yazan xarici media bildirir ki, Antonio Mohamed 1998-2000-ci ildə futbolçu kimi “Monterey”də çıxış edib. Bu müddətdə Antonionun oğlu Fəridin kluba sevgisi yaranıb. Mohamed oğluna söz verib ki, bir zaman o yenidən bu komandaya qayıdacaq və onu çempion edəcək. Amma azyaşlı Fəridə bu anı görmək qismət olmayıb. O, 2006-cı ildə Almaniyada ağır yol qəzası zamanı həlak olub. Antonio isə həmin qəzada ağır yaralanıb, hətta ayağını itirmək təhlükəsi qarşısında qalıb.

Qəzanın baş verməsinə isə Fəridin Argentinanın dünya çempionatındakı oyununa çatmaq üçün atasına maşını sürətlə sürməyi xahiş etməsi olub.

Bu faciə onun ailəsində ciddi münaqişəyə, yekunda həyat yoldaşı ilə ayrılığa səbəb olub. Bütün bunlara baxmayaraq, Antonio Mohamed futbol fəaliyyətini davam etdirib, öz üzərində ürəkdən çalışıb və 13 il əvvəl oğluna verdiyi sözü tutaraq komandasını çempion edə bilib.

 


Etiketlər:  Həlak olan oğluna verdiyi sözu tutdu Komandasını çempion etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ