Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 11:10
Zlatan İbrahimoviç "Milan"la rəsmi müqavilə imzaladıqdan sonra ilk açıqlamasını verib.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, isveçli hücumçu 21 nömrəli formanı seçməsinin səbəbi haqda deyib: "Uyğun nömrələri uşaqlarıma söylədim və 21-i istədilər. Mən də ona görə bu nömrəni seçdim".
38 yaşlı oyunçu daha sonra bildirib: "Uşaqlığımdan bəri heç dəyişməmişəm. Eyni istəyə və əzmə sahibəm. Hazırkı hədəfim komandamın vəziyyətini yaxşılaşdırmaq üçün çalışmaqdır. Əlimdən gələni edəcəyəm".
O, "Milan"a qayıtmasında klub rəsmiləri Maldini və Bobanın böyük rolu olduğunu söyləyib: "Son 3 həftədə həyat yoldaşımdan çox onlarla görüşdüm. Hər şey yaxşı keçdi və indi burdayam".