Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beker 1-ci, Neymar 5-ci

Beker 1-ci, Neymar 5-ci

Tarix: 3 Yanvar 2020 15:30

"Liverpul"un qapıçısı Alison Beker 2019-cu ildə Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçu seçilib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 27 yaşlı qolkiper  bu münasibətlə "Samba Gold" mükafatına layiq görülüb. O, jurnaslitlər, keçmiş oyunçular və internet istifadəçiləri arasında keçirilən ümumi sorğunun yekun nəticəsinə əsasən, 35.4 faiz səs toplayıb. Roberto Firmino ikinci ("Liverpul", 23.48 faiz), Tiaqo Silva üçüncü (PSJ, 10.46) olub.

 İlk beşlikdə Fabinyo ("Liverpul, 8.03) və Neymar (PSJ, 7.57) yer alıb.

 


Etiketlər:  Beker Neymar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ