Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 19:20
İŞİD terror təşkilatının üzvü olmuş 150 nəfər əcnəbi terrorçu Türkiyədən deportasiya edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə bu gün Türkiyə Daxili İşlər nazirinin müavini İsmayıl Çataklı bildirib.
Onun sözlərinə görə, 2019-cu il noyabrın 11-dən etibarən Türkiyədən deportasiya edilən İŞİD terrorçularının sayı 150-yə çatıb.
Nazir müavini Türkiyədən öz ölkələrinə qayıdan suriyalı miqrantların da sayını açıqlayıb. O qeyd edib ki, Suriyaya qayıdan miqrantların sayı 373 592 nəfərdir.