Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 23:08
2019-cu ilin noyabr ayına olan göstəricilərə görə Azərbaycan bankları 31 milyon manat məbləğində ipoteka krediti verib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə yarım milyon manat çoxdur.
Sonxeber.net bildirir ki, Trend-in Mərkəzi Bankın noyabr hesabatına istinadən verdiyi məlumata görə, 2019-cu ilin 11 ayı ərzində Azərbaycan bankları tərəfindən ümumilikdə 158,6 milyon manat ipoteka krediti verilib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 34,5 faiz azdır.
Məlumata görə, 2019-cu ilin noyabr ayında banklar tərəfindən verilmiş kreditlərin yenidən maliyyələşdirilməsinin həcmi 7,5 milyon manat, ilk 11 ayda isə 215,2 milyon manat təşkil edib.
Noyabr ayında fondun müvəkkil bankları tərəfindən verilən kreditlərin orta aylıq məbləği 50 632 manat (2018-ci ilin noyabr ayında bu göstərici 48 704 manat olub) təşkil edib ki, bu da ölkədə ipoteka fondunun fəaliyyətinin müddətində ən yüksək göstəricidir. Kreditin orta ödəmə müddəti 2018-ci ilin noyabr ayındakı göstəriciyə nisbətən dəyişmədən 281 ay olub. Orta illik faiz dərəcəsi 6.44 faiz (bir il əvvəl 6.56 faiz), orta aylıq ödəniş 354.4 manat (344.7 manat) təşkil edib.