Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2019 11:24
Bakı. Trend:
Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan “Tələbədən tələbəyə” layihəsinin 7-ci mövsümündə Jurnalistika fakültəsinin magistrantı Aynurə Vəliyeva televiziya jurnalistikası haqqında bildiklərini iştirakçılarla bölüşüb.
O, reportajların hazırlanması, reportyorların iş özəllikləri, eləcə də xaricdə müxbir postlarının işi barədə iştirakçılara məlumat verib.
Sonda iştirakçılarla praktik iş aparılıb və müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, BDU-nun jurnalistika fakültəsinin tələbələri üçün nəzərdə tutulan “Tələbədən tələbəyə” layihəsi çərçivəsində iştirakçılar onlayn xəbər, redaktə, fotojurnalistika, televiziya və radio jurnalistikası, video, montaj, idman jurnalistikası, data jurnalistikası və SMM (Sosial Media Meneceri) haqqında bilik və bacarıqlara yiyələnirlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin