Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2020 10:40
Bakı. Anastasiya Savçenko - Trend:
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan 18,3 milyard dollar məbləğində məhsul ixrac edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,17 faiz çoxdur.
İxracda dövlət sektorunun payı 11,954 milyard dollar, özəl sektorun payı 7,195 milyard dollar, fiziki şəxslərin payı 53 milyon dollar təşkil edib.
Hesabat dövründə Azərbaycan daha çox neft və neft məhsulları, təbii qaz, meyvə və tərəvəz, eləcə də plastik kütlə və plastik kütlədən məmulatlar ixrac edib.
Azərbaycanın ixrac etdiyi məhsulların məbləğinə görə ilk beşliyi:
Məhsulun adı |
Yanvar-noyabr 2019-cu il |
Yanvar-noyabr 2018-cu il |
||
miqdar |
məbləğ (min $) |
miqdar |
məbləğ (min $) |
|
Neft, ton |
29 129 959,81 |
14 006 510,50 |
27 143 456.10 |
14 621 241.23 |
Təbii qaz, min kubmetr |
10 464 906,73 |
2 078 693,83 |
6 450 694,35 |
1 256 132,50 |
Meyvə və tərəvəz, ton |
563 169,47 |
541 926,21 |
549 369,51 |
495 060,85 |
Neft məhsulları, ton |
849 199,17 |
401 992,06 |
933 636,15 |
481 039,79 |
Plastik kütlə və plastik kütlədən məmulatlar, ton |
232 359,28 |
168 090,69 |
150 300,58 |
110 267,23 |
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!