Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2020 18:52
İran SEPAH generalı Qasım Süleymaninin öldürülməsinə görə amerikalıları cəzalandıracaq.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bunu "Tasnim" agentliyinə SEPAH-ın komandanı, general Qulaməli Əbuhəmzə deyib.
Q.Əbuhəmzə Hörmüz boğazında ABŞ gəmilərinə hücum ediləcəyi anonsunu verib.
"Hörmüz boğazı Qərb üçün əhəmiyyətlidir. Buradan çox sayda ABŞ-ın dağıdıcı və döyüş gəmiləri keçir. Bölgədə ABŞ üçün həyati əhəmiyyətli hədəflər çoxdan müəyyən edilib", - deyə general bildirib.
O qeyd edib ki, ABŞ-ın bu bölgədəki 35 hədəfi, eləcə də, Təl-Əviv İranın əlinin altındadır.