Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əhalinin banklardakı əmanətləri artıb

Əhalinin banklardakı əmanətləri artıb

Tarix: 6 Yanvar 2020 11:24

2019-cu il noyabrın sonuna Azərbaycanda əhalinin bank əmanətlərinin ümumi həcmi 8.682 milyard manat olub. Bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 609 milyon manat və ya 7.01 faiz çoxdur.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, noyabr ayının sonunda ölkədə bütün bank əmanətlərinin 9,6 faizi Azərbaycanın bölgələrinin payına düşüb.

Hesabat dövrü ərzində regionlarda əmanətlərin 81,2 faizini (702 milyon manat) milli valyutada olan əmanətlər təşkil edib.

2019-cu ilin noyabr ayının sonuna olan vəziyyətə görə, Bakıdakı əmanətlərin həcmi 7.847 milyard manat olub. Onun 3.286 milyardı milli valyutada qoyulub.

2019-cu ilin noyabr ayında ölkədə orta illik depozit əmsalı 3,7, Bakıda 3,6 faiz olub.


Etiketlər:  Əhalinin banklardakı əmanətləri artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ