Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2020 15:38
Almaniya polisi əcnəbilərə qarşı reyd keçirib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Rostok şəhər dəmiryolu vağzalında keçirilən reyd zamanı Makedoniya, Əfqanıstan, İraq, Suriya, Çili və Azərbaycan vətəndaşları olan 19 əcnəbi saxlanılıb.
Onların sənədlərinin qaydasında olmadığı müəyyən edilib.
Rostok şəhər Federal Məhkəməsi ötən gün keçirdiyi ilkin iclasında saxlananların hər birini yaşayış qanununu pozduğuna görə, 2430 avro məbləğində cərimələyib.
Növbəti iclasda həmin şəxslərin ölkədən deportasiya edilməsi ilə bağlı qərar çıxarılacağı gözlənilir.