Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Haftar ordusu Sirt şəhərini nəzarət altına götürüb

Haftar ordusu Sirt şəhərini nəzarət altına götürüb

Tarix: 6 Yanvar 2020 23:20

Bakı. Trend:

Marşal Xəlifə Haftarın Liviya Milli Ordusu Sirt şəhərini nəzarət altına alıb.

Trend-in məlumatına görə, bu barədə ordunun spikeri Əhməd əl-Mismari bildirib.

Şəhər Aralıq dənizi sahilində yerləşir və ölkənin ən böyük şəhərlərindən biridir.

Bundan əlavə, Liviyanın keçmiş lideri Muammar Qəddafi burada anadan olub.

Qeyd edək ki, ordunun Sirte şəhərinə daxil olduğu barədə məlumat verilmişdi. Əməliyyatın birinci mərhələsi çərçivəsində dəniz limanı və iki hərbi baza üzərində nəzarət qurulub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  Haftar ordusu Sirt şəhərini nəzarət altına götürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ