Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 15:03
İlk xəbər saat 12:27-də yayımlayıb
Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakı vaxtı ilə saat 14:00-da təyyarə Esenboğa aeroportundan İstanbulun yeni hava limanına yola düşüb.
“Buta Airways” şirkətindən Trend-ə verilən məlumata görə, Sabiha Gökçen aeroportundan Bakıya uçmalı olan sərnişinlər avtobuslar vasitəsilə İstanbulun yeni hava limanına çatdırılmışlar və yola düşməyə hazırlaşırlar.
XXX
saat 12:27
“Buta Airways” J2-9103 nömrəli reysində hava gəmisinin Ankarada enməsi ilə bağlı açıqlama yayıb.
Trend-in məlumatına görə, açıqlamada deyilir: "Sabiha Gökçen aeroportunun baş vermiş insident səbəbindən bağlanması ilə əlaqədar “Buta Airways”in J2-9103 nömrəli reysində hava gəmisinin kapitanı Ankaranın hava limanına eniş etmək qərarı verib. Təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib".
Əlavə olaraq qeyd olunub ki, Sabiha Gökçen aeroportundan icazə alındıqdan sonra təyyarənin heyətinin İstanbula uçuşa hazırlaşacağı gözlənilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!