Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dövlət sektorunda əməkhaqlarında olan artım artıq özəl sektorla rəqabət qabiliyyətindədir'' - Elşad Məmmədov

''Dövlət sektorunda əməkhaqlarında olan artım artıq özəl sektorla rəqabət qabiliyyətindədir'' - Elşad Məmmədov

Tarix: 7 Yanvar 2020 19:52

Ötən il Azərbaycanda aparılan əsaslı islahatlar 2020-ci ildə ölkənin özəl sektorunda əməkhaqqının artmasına səbəb ola bilər.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

Ekspert bildirib ki, ötən il aparılan islahatlar nəticəsində dövlət sektorunda çalışanların əməkhaqqısı əhəmiyyətli dərəcədə artıb: "Bu proses cari ildə özəl sektora da təsir etməlidir. Dünya təcrübəsi də, iqtisadiyyat elmi də onu deməyə əsas verir ki, ölkədə əməkhaqqının artım lokomotivi, təkanverici qüvvəsi dövlət sektorudur. Dövlət sektorunda əməkhaqqının artırılması sözsüz ki, özəl sektordakı artımlara da zəmin yaradır. Ona görə də düşünürəm ki, biz bu istiqamətdə müəyyən proseslərin şahidi olacağıq. Eyni zamanda, əməkhaqqı artımı prosesi ardıcıl şəkildə davam etdirilməlidir".

E.Məmmədov vurğulayıb ki, 2019-cu il Azərbaycanda ciddi dönüş ili oldu: "Dövlət sektorundakı misilsiz artım özəl sektora da artıq öz təsdirini göstərməlidir. Bu gün dövlət sektorunda əməkhaqlarında olan artım artıq özəl sektorla rəqabət qabiliyyətindədir".

Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. Tweet


Etiketlər:  Dövlət sektorunda əməkhaqlarında olan artım artıq özəl sektorla rəqabət qabiliyyətindədir Elşad Məmmədov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ