Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 22:48
Bakı. Elnur Bağışov - Trend:
NATO Baş katibinin iranlı generalın ölümü ilә әlaqәdar sәslәndirdiyi sözlәr beynәlxalq hüquq normalarına ziddir.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musәvi deyib.
A.Musәvinin sözlәrinә görә, ABŞ-ın aktiv üzvü olduğu bu alyansın funksiyası son illәrdә ancaq qeyri-sabitlik yaratmaq olub.
İranlı diplomat generalın öldürülmәsinin NATO-nun əlində bir vasitәyә çevrilmәsini tәәssüflә qeyd edib.
A.Musəvi bəzi qüvvәlәrin çıxması ilә regiona sabitliyin qayıdacağına inandığını qeyd edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin