Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 23:00
Avstraliya höküməti ölkədə hökm sürən meşə yanğınlarını söndürmək üçün minlərlə dəvəni öldürmək qərarına gəlib. Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, su ehtiyatlarının tükənməsində əsas pay sahibi olan 10 minə yaxın dəvə helikopterlərlə vurularaq öldürüləcək.
Əməliyyat çərşənbə günü ölkənin şimalında başlayacaq. Heyvanların cəsədləri yandırılacaq və ya torpağa basdırılacaq.
Bundan başqa, dəvələri məhv etmək qərarı atmosferə buraxılan parnik qazları tullantıları ilə bağlıdır. Belə ki, bu heyvanlar ildə bir ton karbon qazı buraxır. Dəvələrin populyasiyası isə hər doqquz ildə iki dəfə artır. Bu səbəbdən onların sayını daim tənzimlənmək lazımdır.