Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naxçıvanda Aqrar Sığorta Fondu yaradıldı

Naxçıvanda Aqrar Sığorta Fondu yaradıldı

Tarix: 9 Yanvar 2020 10:36

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 8-də Aqrar Sığorta Fondunun yaradılması barədə Fərman imzalayıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, fərmana əsasən, Naxçıvan Muxtar Respublikasında aqrar sığorta sisteminin təşkili və inkişafını təmin etmək məqsədilə "Aqrar Sığorta Fondu" qeyri-kommersiya hüquqi şəxsi (bundan sonra - Fond) yaradılıb.

Sənədə görə, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Fondun nizamnaməsini təsdiq etmək, Fondun ilkin nizamnamə kapitalının formalaşdırılmasını təmin etmək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasnının Maliyyə Nazirliyi aqrar sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsini hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etməlidir.


Etiketlər:  Naxçıvanda Aqrar Sığorta Fondu yaradıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ