Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2019 05:24
Bakı. Trend:
Türkiyədə parlamentin binasına daxil olmaq istəyən 2 terrorçu saxlanılıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bir qadın və bir kişi parlamentin binasına gələrək Cümhuriyyət Xalq Partiyasının deputatı Mahmut Tanalın onları qəbul edəcəyini bildiriblər.
Təhlükəzislik qüvvələri sözügedən şəxslərin üzərini yoxlayarkən onlar üzərlərində olan karandaşın ucuna bərkidilmiş ülgüclə bir nəfəri girov götürməyə çalışıblar, lakin təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdiriliblər.
Saxlanılan şəxslərin "İnqilabçı Xalq Azadlıq Partiyası – Cəbhə" (DHKP-C) terror təşkilatı ilə əlaqəlirinin olduğu qeyd edilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin