Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 17:00
Bakı. Trend:
20 dekabr 2019-cu il tarixində “Bakı Fond Birjası” QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında cəmiyyətin 2020-ci il üzrə büdcə layihəsi təsdiq olunub. Əlavə olaraq, cəmiyyətin müşahidə şurasının və audit komitəsinin tərkibində dəyişikliklər edilərək yeni üzvlər seçilib, o cümlədən birjanın fəaliyyəti ilə bağlı digər məsələlərə müzakirə olunub.
Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının (BFB) səhmdarlarının bu gün keçirilən növbədənkənar ümumi yığıncağında deyilib.
Ümumi yığıncağın qərarına əsasən, 2020-ci il üçün büdcə layihəsi təsdiq edilib. Həmçinin, “Bakı Fond Birjası” QSC-nin Audit komitəsinə yeni üzv kimi Qədirov Namiq Natiq oğlu seçilib. Eləcə də yığıncaqda müşahidə şurasının üzvlüyünə aşağıdakı şəxslər seçilib:
Həsənov Tural Nurəddin oğlu – “Unibank” Kommersiya Bankı ASC-nin Risklərin İdarəedilməsi departamentinin direktoru;
Abdullayev Ceyhun Əliağa oğlu – “İnvest-AZ Yatırım Menkul Değerler” A.Ş.-nin Direktorlar Şurasının üzvü;
Yusubov İlqar Fayuz oğlu – “Azər-Türk Bank” ASC-nin Xəzinədarlıq Departamentinin direktoru.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin