Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2019 10:30
Bakı. Ceyhun Ələkbərov - Trend:
Şəki şəhərinə güclü dolu düşüb.
Bu barədə Trend-ə Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov məlumat verib.
S.Yusifov bildirib ki, şəhər mərkəzində və ətraf kəndlərdə müşahidə olunan dolu 5-10 dəqiqə davam edib:
"RİH nümayəndələri iş başındadırlar, dolunun daha çox hansı ərazilərə düşdüyü və dəymiş ziyanın həcmi araşdırılır. İlkin ehtimallara görə, əsas ziyan kənd təsərrüfatına dəyib. Evlər, o cümlədən obyektlər də ziyan çəkib".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin