Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Your English Voice” müsabiqəsinə qeydiyyat bitir - Son tarix

“Your English Voice” müsabiqəsinə qeydiyyat bitir - Son tarix

Tarix: 10 Yanvar 2020 13:25

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyinin tabeliyində olan və Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin II və III kurs tələbələri üçün keçirilən “Your English Voice” ingilis dilli müsabiqəsinə qeydiyyat prosesi davam edir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqəyə qoşulmaq istəyənlər 15 yanvar 2020-ci il tarixinədək www.yourenglishvoice.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, “Your English Voice” müsabiqəsi Təhsil Nazirliyi və “British Council Azərbaycan”ın birgə təşkilatçılığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai birliyi və “International House Manchester” dil məktəbinin tərəfdaşlığı ilə keçirilir. Müsabiqənin təşkilində əsas məqsəd tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına olan marağının artırılmasıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Your English Voice müsabiqəsinə qeydiyyat bitir tarix


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ