Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 17:10
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın şərqindəki Deyr-əz-Zor əyalətində "Hizbulla" hərəkatının mövqelərinə aviazərbələr endirib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, zərbələr nəticəsində 4 tank məhv edilib.
İnsan itkiləri barədə məlumat verilməyib.
Qeyd olunur ki, zərbələrin hədəfi İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin rəhbərlik etdiyi "Hizbulla" qüvvələrinin mövqeləri olub.