Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 18:12
Bakı. Trend:
Böyük Britaniyanın “Expanscape” şirkəti dünyada ilk dəfə yeddiekranlı noutbuk yaradıb.
Trend-in məlumatına görə, “Aurora 7” adı verilən noutbuk peşəkar istifadə üçün nəzərdə tutulub.
Noutbuk iri korpus və əsas ekrana malikdir və bu korpusa daha beş ekran bərkidilib.
Yeddinci ekran isə noutbukun klaviatura hissəsində yer alıb. Noutbukun dörd ekranı 17,3 düym, digər 3 ekran 7 düym diaqonal ölçüyə malikdir. Aurora 7-nin operativ yaddaşı 64 giqabaytdır.
Şirkətin məlumatına görə, noutbuk hazırda istehsal mərhələsindədir və yaxın zamanlarda satışa çıxarılacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin