Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2019 12:33
Bakı. Ayşəm Rüstəmova - Trend:
İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu günədək 36 min sahibkarlıq subyektinə ümumi dəyəri 5,5 mlrd. manat olan layihələrə 2,3 mlrd. manat güzəştli kreditlər verilib.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqu"nda deyib.
Onun sözlərinə görə, bu maliyyələşdirilmiş layihələrin 1 mlrd. manatı dövlət büdcəsindən ayrılmış vəsaitdir, 1,3 mlrd. manatı isə məhz geri qaytarılan vəsaitlər hesabına təmin olunub.
Nazir müavini qeyd edib ki, qısa müddətdə qeydiyyatdan keçən sahibkarlıq subyektlərinin sayı 990 mini ötüb.
S.Məmmədovun sözlərinə görə, özəl sektorun inkişafı məqsədilə geniş islahatlar həyata keçirilib. Bu da özəl sektorun payının ümumi daxili məhsulda 85, məşğulluqda 74 faizə çatmasına zəmin yaradıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin