Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 14:46
Milli komandamızın hücumçusu Rüfət Dadaşov Almaniyanın "Proyssen" komadasını tərk edərək ABŞ çempionatına yollanır.
Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. O, karyerasını ikinci liqa təmsilçisi "Feniks Rizinq"də davam etdirəcək. Futbolçunun xahişinə əsasən, "Proyssen" rəhbərliyi keçidin detallarını açıqlamayacaq.
Münster təmsilçisinin direktoru Malte Metselder klubun rəsmi saytına açıqlamasında Rüfətdən gileyini gizlətməyib. O, 28 yaşlı futbolçunun artıq "Proysen"də oynamaq istəmədiyini bildirib:
"Bizə bu vəziyyətdə qeyd-şərtsiz komandaya xidmət edən və klubun hədəflərinə yüz faiz sadiq qalan futbolçular lazımdır. Təəssüf ki, Rüfət artıq bu komandanın bir hissəsi olmaq istəmir və şəxsi hədəflərini ön plana çıxarır".
Xatırladaq ki, Dadaşov 2018-ci ilin yayından "Proyssen"də çıxış edirdi.