Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 17:30
Türkiyə və Azərbaycan milliləri arasında yoldaşlıq matçı Antalya və ya Alanyada keçiriləcək.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qardaş ölkənin millsinin baş məşqçisi Şenol Günəş məlumat verib: "Azərbaycana getdim. Çox isti havası və ortamı var. Azərbaycanla yoxlama oyununu Antalya və ya Alanyada keçirəcəyik".
AFFA-nın daha öncə yaydığı xəbərə görə, oyun may ayında Türkiyədə olacaq.
Qeyd edək ki, Türkiyə millisi Avro-2020-nin qrup mərhələsinin 2 oyununu Bakıda keçirəcək.