Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məzahir Pənahov: ''Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ciddi araşdırılıb''

Məzahir Pənahov: ''Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ciddi araşdırılıb''

Tarix: 11 Yanvar 2020 17:42

Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ciddi araşdırılıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, bütün görüntülər MSK üzvləri tərəfindən 2-3 dəfə araşdırılıb.

MSK sədri vurğulayıb ki, bu barədə məsələ bələdiyyə seçkiləri ilə bağlı qərarda öz əksini tapıb. M.Pənahov vurğulayıb ki, bəzi insanlar sosial şəbəkələrdə özünə tərəfdar toplamaqla qanunauyğun qərar çıxarmağı qarışdırırlar:

"Konkret faktlar göstərilməlidir. Əfsuslar olsun ki, ümumi xarakerli narazılıq bildirmək bir ənənəyə çevrilib, ancaq ortada konkret faktlar olmalıdır. Əgər pozuntu varsa, bunu sübut edən dəlillər göstərilməlidir".


Etiketlər:  Məzahir Pənahov Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ciddi araşdırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ