Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2020 08:50
Budapeştdə havanın çirklənmə dərəcəsi yolverilən normadan yüksəkdir.
Sonxeber.net xəbər verir ki, bunu Macarıstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Bürosunun məsul əməkdaşı Anita Villamoş AZƏRTAC-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, son aylarda paytaxt metrosunun "mavi xətti"nin təmiri ilə əlaqədar şəhərin yollarında, xüsusən, Ulloi prospektində hərəkətin intensivliyi artıb. Bu, tıxacların sayının artmasına, avtomobillərin mühərrikləri işə salınmış vəziyyətdə yollarda dayanmasına gətirib çıxarıb.Pəncərələri bu prospektə açılan evlərin, habelə yaxınlıqdakı rayonların sakinləri avtomobillərin işlənmiş qazlarından sözün həqiqi mənasında boğulurlar.
Villamoşun sözlərinə görə, şəhərin bu hissəsi üzərindəki smoq Buday təpəliklərinin zirvələrindən aydın görünür.