Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2020 17:04
Bakı. Trend:
Filippin hakimiyyəti Taal vulkanının bir kilometr kül sütunu püskürməsindən sonra 80 min nəfərdən çox əhalisi olan Batanqas vilayətinin üç yaşayış məntəqəsini təxliyə etməyə başlayıb.
Trend-in məlumatına görə, bu barədə "CNN Philippines" telekanalı bildirib.
Evakuasiya üç şəhərdə - San-Nikolas, Balete və Talisayda aparılır.
2015-ci ilə olan məlumata görə, onların əhalisi müvafiq olaraq 22, 22 və 45 min nəfər təşkil edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin