Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2020 21:06
Güclü antioksidant olan yaşıl çaydan gündə ən azı 2-3 dəfə istifadə edin.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, xərçəngin düşməni sayılan yaşıl çay, ürək xəstəliyi riskini də azaltmağa yardımçı olur. Bu səbəblə, yeni ildə sağlamlığınız üçün qida rasionumuza yaşıl çay əlavə etməyiniz məsləhətdir.
Türkiyəki kardioloq uzman A.Atakan artıq çəki ilə bağlı danışarkən bildirib ki, yaşıl çay arzuolunmaz çəkilərin də düşmənidir. Onun sözlərinə görə, yaşıl çay istifadəsi zamanı hər itirdiyiniz çəkidə təziqiniz və xolestorolunuz düşəcək və şəkər səviyyənizdə azalma olacaq.
Yaşıl çaydan əlavə, idman etməyi də həyatınızın bir parçasına çevirin. Gün içərisində hər fürsətdə daha çox hərəkət etməyə çalışın. Həkimin sözlərinə görə, güdəlik duz istifadəsi də 5 qramı keçməməlidir. Bol su içmək həm arıqlama prosesinizə, həm də dərinizə olduqca faydalıdır.