Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədən Azərbaycana avtomobil ixracı artıb

Türkiyədən Azərbaycana avtomobil ixracı artıb

Tarix: 13 Yanvar 2020 10:48

Bakı. Rufiz Hafizoğlu - Trend:

2019-cu ildə Türkiyədən Azərbaycana avtomobil ixracı 2018-ci illə müqayisədə 119,6 faiz artıb və 137,543 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən bidiriblər.

Nazirlikdən qeyd ediblər ki, dekabr ayında Türkiyədən Azərbaycana avtomobil ixracı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 44,65 faiz artıb və 11,020 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Türkiyədən avtomobil ixracı 2018-ci ilin yekunları ilə müqayisədə 3,5 faiz azalaraq 30,594 milyard dollar və ya Türkiyənin ümumi ixracının 17 faizini təşkil edib.

2019-cu ilin dekabr ayında Türkiyədən avtomobil ixracı 2018-ci ilin dekabr ayı ilə müqayisədə 2,9 faiz artıb və 2,544 milyon dollar və ya ümumi ixracın 16,5 faizini təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 33,240 milyard dollar təşkil edib.

Sözügedən dövr ərzində ixrac 2018-ci ilin noyabr ayı ilə müqayisədə 0,1 faiz artaraq 15,503 milyard dollar təşkil edib.

2019-cu ilin noyabr ayında Türkiyəyə idxal 2018-ci ilin analoji dövrü ilə müqayisədə 9,7 faiz artıb və 17,737 milyard dollar təşkil edib.

Ötən ilin yanvar-noyabr aylarında Türkiyənin xarici ticarət dövriyyəsi 340,57 milyard dollar təşkil edib.

Xatırladaq ki, Türkiyə avtomobil istehsalı üzrə Avropada altıncı yeri tutur. Ölkədə "Ford", "FIAT", "Renault", "Toyota", "Honda", "Opel", "Hyundai", "Mercedes-Benz" və "MAN" avtomobil markaları yığılır. Bundan əlavə, Türkiyədə yerli markalı avtobuslar da istehsal olunur - "BMC", "Temsa" və "Otokar".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Türkiyədən Azərbaycana avtomobil ixracı artıb


RƏYLƏR