Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Valverde buna layiq deyil” - Qvardiola

“Valverde buna layiq deyil” -  Qvardiola

Tarix: 13 Yanvar 2020 13:48

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Barselona”nın çalışdırıcısı Ernesto Valverdenin komandadan göndəriləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis həmyerlisinin istefaya göndərilməyə layiq olmadığını söyləyib:

“Barselona” çempionluq qazanmağın qaneedici olmadığı  xüsusi yerdir.  Valverde buna layiq deyil. Vəziyyətin tezliklə düzələcəyinə ümid edirəm. Bunu klubun bir üzvü olaraq istəyirəm”.

Qeyd edək ki, E.Valverde komandasının İspaniya superkubokunun yarımfinalında “Atletiko”ya 2:3 hesabı ilə məğlub olub, mübarizəni dayandırmasından sonra istefaya göndəriləcəyi haqda məlumatlar artıb.
 


Etiketlər:  Valverde buna layiq deyil Qvardiola


RƏYLƏR