Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanda demokratik seçki mühitinin formalaşması hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən biridir'' - Vüqar Rəhimzadə

''Azərbaycanda demokratik seçki mühitinin formalaşması hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən biridir'' - Vüqar Rəhimzadə

Tarix: 14 Yanvar 2020 11:00

Fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərə hazırlıq mövcud qanunvericiliyə uyğun, tam şəffaf formada həyata keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri secki-2020.az saytına Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Müstəqillik illərində Azərbaycanın zəngin seçki təcrübəsinin formalaşdığını bildirən baş redaktor bildirib: "Azərbaycanda demokratik seçki mühitinin formalaşması hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən biridir. İndiyə qədər keçirilən prezident, parlament və bələdiyyə seçkilərində formalaşmış zəngin seçki təcrübəsi artıq beynəlxalq miqyasda da nümunə kimi qəbul olunur. Bu təcrübə hər seçkidən-seçkiyə daha da təkmilləşir və bütün bunlar nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapır".

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanda innovativ texnologiyalar əsasında dövlət idarəçiliyinin təkmilləşməsi istiqamətində mühüm islahatlar həyata keçirilir: "Həmçinin dövlətimizin başçısının rəhbərliyi ilə müxtəlif sahələrdə ciddi islahatlar aparılır. Bu proses ölkəmizin inkişafını daha da sürətləndirməyə, insanların rifah halının daha da yaxşılaşmasına xidmət edir. Atılan addımlar nəticəsində Azərbaycanın dünyanın ən islahatçı ölkələri sırasında ilk pillələrə yüksəlməsi də təsadüfi deyil. Mövcud vəziyyət təbii olaraq, seçki mühitinə də müsbət təsir edir. Xüsusilə sabitlik, hüquqi dövlət quruculuğu seçkilərin azad, şəffaf keçirilməsini təmin edən başlıca amillərdəndir".

Baş redaktor seçki prosesində texnoloji yeniliklərin tətbiq edilməsinin şəffaf seçkilərin keçirilməsinin təmin olunması istiqamətində mühüm addım olduğunu ifadə edib.

O vurğulayıb ki, mövcud seçki mühiti və qanunvericilik parlament seçkilərinin tam şəffaf və demokratik prinsiplərə uyğun keçiriləcəyini deməyə əsas verir.

Milli.Az


Etiketlər:  Azərbaycanda demokratik seçki mühitinin formalaşması hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən biridir Vüqar Rəhimzadə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ