Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2019 19:18
Bakı. Mətanət Nəsibova - Trend:
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Prestij Naxçıvan Pivəsi” şirkəti məhsul istehsalını artırmağı planlaşdırır.
Bunu Trend-ə şirkətin direktoru Seyfəddin Rəhimov deyib.
Onun sözlərinə görə, bu, onunla əlaqədardır ki, şirkətin pivə məhsuluna Naxçıvanda, eləcə də Azərbaycanda böyük tələbat var:
“Biz daxili tələbatı tam təmin etmək üçün istehsalatı genişləndirməyi planlaşdırırıq. Hələlik ölkə xaricinə ixrac nəzərdə tutmuruq. Bu məsələ bu il üçün şirkətin gündəliyində deyil”.
Qeyd edək ki, “Prestij Naxçıvan Pivəsi” şirkəti İtaliya, Çexiya, Macarıstan və Almaniya avadanlıqları ilə təchiz edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin