Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2020 17:20
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Türizm Bürosu olaraq çalışırıq ki, vizanın əldə olunması üçün çətinliklərin daha da azaldılmasına nail olaq. Biz çalışacağıq ki, turistlər daha çox ölkə ilə vizanı rahat ala bilsin.
Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid deyib.
O bildirib ki, 2019-cu ildə Azərbaycanda turizm sahəsində rekord nəticə əldə edilib. Ötən il Azərbaycana 3,2 milyon nəfər turist səfər edib:
"Turizm sahəsində artım 11,4 faiz olub. Artım Avropa ölkələri ilə müqayisədə xüsusilə çox olub. Asiya bazarı üzrə isə daha aşağı artım müşahidə edilib. Bu, o deməkdir ki, biz artıq öz marketinq strategiyamızda yeni yollar müəyyən etməliyik. Başa düşməliyik ki, turistlər daha etibarlı kommersiya qurumlarına ehtiyac duyurlar".
F. Zenqstşmid 2020-ci ildə turizm sahəsində təxminən 10 faiz artım gözlənildiyini bildirib və əlavə edib ki, daxili şərait nəzər alınsa, bu, çox yaxşı artımdır.
Direktorun sözlərinə əsasən, 2020-ci ildə Türizm Bürosunun xarici ölkələrdə yeni nümayəndəliklərinin açılması nəzərdə tutulur. Bu ilin birinci rübündə Ukrayna, Qazaxıstan, Cənubi Koreya və Yaponiyada yeni nümayəndəliklər açılacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin