Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya isinir, bədən temperaturu isə aşağı düşür - Mütəxəssislər

Dünya isinir, bədən temperaturu isə aşağı düşür - Mütəxəssislər

Tarix: 14 Yanvar 2020 22:36

Atmosferə atılan parnik qazlarının( karbon 2 - oksid (CO2), azot oksidləri və s.) səbəb olduğu qlobal istiləşmə artır və dünya istiləşir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, dünyanın əksinə olaraq insan bədəninin istiliyi aşağı düşür. Bunu Amerikalı araşdırmacılar,son tədqiqatların nəticəsini açıqlayarkən bildiriblər.
Onlar bildirir ki, insan bədəninin ortalama istiliyi son iki yüz ildə aşağı düşüb. Tədqiqatlar zamanı 677 min 423 şəxsin bədən istiliyi nəticələri yoxlanılıb.

Əvvəlcə 1862-1930-cu illərin qaziləri, sonra 1971-1975-ci illərdəki ABŞ-dakı tədqiqatlara qatılan şəxslərin, son olaraq isə 2007-2017-ci illər aralığı xəstəxanalara müraciət edən xəstələrin bədən temperaturu götürülərək yoxlanılıb.

Nəticələrdən məlum olub ki, 21-ci əsrdə dünyaya gələn kişilərin bədən istiliyi 19-cu əsrdə dünyaya gələnlərə nisbətən 0.6 dərəcə, qadınlarda isə 0.03 dərəcə aşağıdır. Alimlər bu istiliyin düşməsinə nəyin səbəb olmasını da araşdırıblar. Professor Julie. P bildirib ki, buna bir çox faktordan asılıdır.

Fizioloji dəyişiklik, evlərin isinməsi texnologiyası, mikroorqanizmlərlə təmas və istehlak edilən qidaların ətraf mühitin dəyişməsi əsas təsir amilləridir.

Qeyd edək ki, Alman doktoru Carl.R.A.Wunderling 1851-ci ildə ortalama bədən istiliyini 37 dərəcə olaraq qeyd edib və bu istilik əsas göstərici kimi qəbul edilib.


Etiketlər:  Dünya isinir bədən temperaturu isə aşağı düşür Mütəxəssislər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ