Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2019 03:12
Bakı. Trend:
Suriyanın Hələb əyalətinin Əl Nayrab yaşayış məntəqəsinin silahlılar tərəfindən atəşə tutulması nəticəsində səkkiz suriyalı, o cümlədən iki uşaq həlak olub.
Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərinin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri, general-mayor Viktor Kupçişin bildirib.
Onun sözlərinə görə, atışmalar həmçinin Latakiya əyalətinin Haddada, Nəxşebba, Ruyeset-İskəndər, Cüb-əz-Zərur və Saraf, Ham əyalətinin Əl-Huaş və Skalbiya, Hələb əyalətinin Tell-Metvazi və Ən-Nayrab yaşayış məntəqələrində qeydə alınıb.
V.Kupçisin deyib: "Hələb əyalətinin Əl Nayrab yaşayış məntəqənin atəşə tutulması nəticəsində səkkiz Suriya vətəndaşı, o cümlədən iki uşaq həlak olub, on dinc sakin xəsarət alıb".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin