Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Rusiya və BƏƏ-yə tekstil ixrac edəcək

Azərbaycan Rusiya və BƏƏ-yə tekstil ixrac edəcək

Tarix: 16 May 2019 09:00

Bakı. Mətanət Nəsibova - Trend:

Bakı Tekstil fabrikinin məhsulu “Alpar” və “Banu” ticarət markaları ilə ixrac olunacaq.

Bunu Trend-ə fabrikin direktoru Səkinə Babayeva deyib.

Onun sözlərinə görə, bu, yalnız hazır tekstil məhsullarına aiddir:

“Biz hazır məhsulların xarici bazarlara tədarükünə başlamağı planlaşdırırıq. Çünki xaricdə Azərbaycan ticarət evlərində nümayiş etdirilmiş məhsullarımız Rusiya və ərəb ölkələrində tərəfdaşlarımızı maraqlandırıb”.

Direktor qeyd edib ki, müəssisə artıq Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) əməkdaşlıq və ixracla bağlı müraciət alıb:

“Biz müxtəlf məhsul nümunələrini BƏƏ-yə göndərmişik və indi nəticələri gözləyirik”.

O əlavə edib ki, fabrik digər istiqamətlərə də tədarükü nəzərdən keçirir.

S.Babayevanın sözlərinə görə, Bakı Tekstil fabrikində 300 nəfər işləyir və 7 istehsal xətti fəaliyyət göstərir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan Rusiya BƏƏ tekstil ixrac edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ