Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 13:15
Bu gün Ağciyər Xəstəlikləri İnstitutunda iki ölüm hadisəsi qeydə alınıb.
Sonxeber.net unikal.org-a istinadən xəbər verir ki, Lerik rayon sakini 1978-ci il təvəllüdlü Qafarov Azad Həsənağa oğlu və Binəqədi rayon sakini 1985-ci il təvəllüdlü Rəşad Qəniyev müalicə aldıqları Ağciyər Xəstəlikləri İnstitutunda qanaxmadan vəfat ediblər.
Xəstələrin yaxınları ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndiriblər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-a verilən məlumata görə, hadisə barədə araşdırma aparılır.