Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda “Total E&P Absheron” şirkəti ilə Fransa səfirliyi arasında anlaşma memorandumu imzalanıb

Bakıda “Total E&P Absheron” şirkəti ilə Fransa səfirliyi arasında anlaşma memorandumu imzalanıb

Tarix: 15 Yanvar 2020 19:04

Bakı. Anastasiya Savçenko - Trend:

Bakıda “Total E&P Absheron” şirkəti ilə Fransa səfirliyi arasında anlaşma memorandumu imzalanıb.

Trend-in məlumatına görə, bundan başqa, mərasim zamanı “Total E&P Absheron” şirkəti, Strasburq Universiteti və UFAZ (Fransız-Azərbaycan Universiteti) arasında, eləcə də “Paşa Bank”, Strasburq Universiteti və UFAZ arasında anlaşma memorandumları imzalanıb.

Sənədləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Strasburq Universitetinin rektoru, Mişel Deneken, Fransanın Azərbaycandakı səfiri Zakari Qross, “Total E&P Absheron” şirkətinin prezidenti Regos Aqut və “Paşa Bank”ın İdarə heyətinin sədri Taleh Kazımov imzalayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda Total Absheron şirkəti ilə Fransa səfirliyi arasında anlaşma memorandumu imzalanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ