Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mikayıl Cabbarov: ''Azərbaycanda yoxsulluq səviyyəsi dəfələrlə azalıb'' - FOTO

Mikayıl Cabbarov: ''Azərbaycanda yoxsulluq səviyyəsi dəfələrlə azalıb'' - FOTO

Tarix: 16 Yanvar 2020 12:12

Azərbaycanda yoxsulluq səviyyəsi 10 dəfə azalıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanla BMT arasında növbəti beş il üçün əməkdaşlığının prioritet sahələrinin təyin edilməsinə həsr olunmuş konfrans zamanı deyib.

Nazirin sözlərinə görə, 2001-ci ildə Azərbaycanda əhalinin 49 faizi yoxsulluq həddindən aşağıda yaşayırdı, bu gün isə bu göstərici 5 faizdən aşağıdır.

M.Cabbarov qeyd edib ki, 2016-cı ildə yaradılmış Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Koordinasiya Şurası 17 prioritet hədəf və 88 hədəf göstəricisi seçib: "Dayanıqlı İnkişaf Məqsədlərinin milli prioritetlərə uyğunluğunun müəyyən edilməsi üçün operativ kompleks qiymətləndirmə keçirilib və bunun nəticəsində uyğunluq 70 faiz səviyyəsində müəyyən edilib".


Etiketlər:  Mikayıl Cabbarov Azərbaycanda yoxsulluq səviyyəsi dəfələrlə azalıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ